Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yeni fəaliyyətə başlamış “Üzümçü-Şərabçı Gənclər Birliyi”nin üzvləri “Üzümü tanıyaq və tanıdaq” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində ilk maarifləndirici təlim Abşeron rayonundakı fermer təsərrüfatında keçirilib. İnstitutun direktoru Vüqar Səlimov bildirib ki, “Üzümü düzgün budayaq, bol məhsul əldə edək” şüarı ilə keçirilmiş təlimə əsasən gənclər cəlb edilib. Təlim zamanı ali məktəblərdə təhsil alan gənclərə, eləcə də gələcəkdə üzümçülük ixtisasını əsas götürəcək aqronom mütəxəssislərə alimlər tərəfindən qış mövsümündə üzümçülükdə ən vacib tədbirlərdən biri olan quru budamanın tələbləri izah olunub. Bildirilib ki, budamanın əsas məqsədi tənəyə uyğun formanın və müvafiq gözcük yükünün verilməsi, bar budaqlarının fəzada düzgün və nizamlı şəkildə yerləşdirilməsi, tənəkdə uzun illər sabit və yüksək məhsulun əldə olunması, uzunömürlülüyünün təmin edilməsi, dərmanlama, məhsul yığımı və digər əməliyyatların asanlaşdırılması, tənəkdə əl əməyinin, yaşıl əməliyyatların azaldılmasıdır.
Gənclərin diqqətinə çatdırılıb ki, budama zamanı sortların bioloji xüsusiyyətləri nəzərə alınmalıdır. “Məsələn, Azərbaycan, Orta Asiya və digər sortlarda barlı tumurcuqlar daha çox zoğun orta hissəsində - 5-12-ci gözcüklərdə, yüksək boy gücünə malik olan sortlarda isə 20-ci gözcüyə qədər davam edir. Avropa sortlarında, xüsusən də texniki sortlarda zoğun əsasına doğru yerləşən gözcüklər, yəni 3-8-ci gözcüklərin barvermə qabiliyyəti yüksək olur. Bəzi sortlara az yük verdikdə, o cümlədən zoğları qısa kəsdikdə bar itirilir, həmçinin gözcüklərdən 2 və daha çox yaşıl zoğ inkişaf edir, kollanma güclü gedir, zoğlar kəskin böyüyür. Belə sortlarda barlı gözcükllər zoğun orta hissəsində, 6-12-ci gözcükdə yerləşir. Bu baxımdan Kişmişi sortlarını, Ağadayı kimi sortların bar zoğlarının daha uzun kəsilməsi məqsədəuyğundur. Ümumiyyətlə, Azərbaycan şəraitində güclü və suvarılan torpaqlarda bir sıra yerli və introduksiya olunmuş süfrə üzüm sortlarının - Qara kişmişi, Qara keçiməməsi, Hüseyni, Sultanina, Türk sultanı, Ağadayının oval variasiyası, Nimrəng, İtaliya muskatı, Hamburq muskatının bar budaqlarını uzun budamaq və 3-5 qollu yelpik formasının verilməsi məqsədəuyğundur”, deyə Vüqar Səlimov bildirib.
“Üzümçü-Şərabçı Gənclər Birliyi”nin sədri Allahverdi Hüseynzadə qeyd edib ki, “Könüllülər ili” çərçivəsində reallaşdırılan layihə gənclərin maarifləndirilməsini əsas götürməklə digər regionlarda da keçiriləcək.
Növbəti sahə təlimləri üzümçülükdə aktual olan digər becərmə texnologiyalarına həsr olunacaq.
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
13 Yanvar 2026
Təl-Əvivdə Azərbaycan və İsrailin kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
12 Yanvar 2026
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
12 Yanvar 2026