Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayevin iştirakı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda kollektivlə geniş tərkibdə görüş keçirilib. Görüşdə institutun mövcud potensialı, sahə üzrə gələcək çağırış və trendlərin izlənilməsinin vacibliyi, innovasiyaların tətbiqinin əhəmiyyəti müzakirə olunub.
İclasda çıxış edən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru səlahiyyətlərini icra edən, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ölkənin aparıcı elmi-tədqiqat müəssisələrindən biri olan bu institutun əsas fəaliyyəti üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanılması, aborigen, introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm növlərinin öyrənilməsi, müxtəlif istiqamətli yüksək keyfiyyətli, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılmasından ibarətdir. Bundan başqa, üzümün innovativ becərilmə texnologiyasının işlənib hazırlanması, beynəlxalq standartlara uyğun şərabların, şərab distillyatlarının, digər alkoqollu və alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyalarının tədqiq edilməsi və təkmilləşdirilməsi də institutun əsas fəaliyyət sahələrindəndir. O, institut alimlərinin üzüm-şərab istehsalı ilə bağlı elmi axtarışlarını yeni keyfiyyətlə Strateji Yol Xəritəsinə uyğun olaraq həyata keçirdiyini diqqətə çatdırıb.
Kənd təsərrüfatı nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayev qarşıda duran vəzifələrə toxunub. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strategiya çərçivəsində üzümçülüyün və onun emal sənayesinin müasir bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr qoyulub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənən üzümçülük və şərabçılığa dair Dövlət Proqramları bu sahənin inkişafında dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcək. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yüksək elmi potensialın mövcudluğunu qeyd edən Tofiq Rzayev elmi işçilərin təkliflərini dinləyib.
Daha sonra şöbə müdiri institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyası, Ampeloqrafik kolleksiya bağı və Azərbaycan şərablarının kolleksiyası ilə tanış olub.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026