Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzində üzümçülük sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar üçün “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” mövzusunda elmi-praktik seminar keçirilib. Seminar çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən hazırlanmış kitabın təqdimatı olub.
Seminarda İnstitutunun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, direktor müavini aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rauf Əsədullayev, şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynov, Kürdəmir rayonunda fəaliyyət göstərən üzümçü fermer və sahibkarlar iştirak ediblər.
Tədbirdə üzümçülükdə risklər mövzusunda geniş təqdimatla çıxış edən Vüqar Səlimov üzümün innovativ becərilmə texnologiyası, əsas xəstəlik və zərərvericiləri, onlara qarşı müasir inteqrir mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklərin qarşısının alınması yolları, üzümün inkişaf və boyatmasına, məhsuldarlığına, məhsulun keyfiyyətinə torpaq-iqlim şəraitinin təsiri ilə bağlı ətraflı məlumat verib. Üzümün becərilməsi və üzüm-şərab istehsalı ilə məşğul olan müəssisələrdə effektli istehsalın təşkili üçün qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirləri qeyd olunub. Üzümçülük-şərabçılıq müəssisələrinin məruz qaldığı müxtəlif növ risklər, təhlükələrin minimuma endirilməsi və neytrallaşdırılması istiqamətində üsullar diqqətə çatdırılıb.
Elmi-praktik seminarda fermer və istehsalçılara “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” kitabı paylanıb. Fermerlərlə aparılmış müzakirədə üzümçülük sahəsində elmin son nailiyyətlərini özündə əks etdirən kitabın mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026