Fermerlər Şurasının üzvü Arıçılar Assosiasiyasının yaradılmasını müsbət addım sayır
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Kəndimizdə heyvandarlıq və arıçılıqla məşğul oluram. Arıçılığa daha çox diqqət yetirirəm. Arıçılıqda ən müasir metodlardan istifadəyə üstünlük verirəm. Bunlardan biri də bir neçə arı ailəsinin bir yerdə saxlanmasıdır”. Bu fikirləri İsmayıllı rayonunun İvanovka kəndində kənd təsərrüfatı ilə məşğul olan fermer İvan Kazakov deyib.
Fermer İvanovkada mövcud olan ən böyük problemlərdən birinin gənclərin şəhərə axını olduğunu deyib: “İvanovka kəndində qarşılaşdığımız ən mühüm problem gənclərin şəhərə qaçmasıdır. Artıq biz fermerləri qocalar və gənclərə ayıtırılar. Mənə elə gəlir ki, kənd təsərrüfatında çalışa biləcək peşəkar ixtisas sahiblərinin yetişdirilməsi və bu prosesin texniki peşə məktəblərində aparılması çox vacibdir. Bir vaxtlar texniki peşə məktəbləri aqrar sektorda müxtəlif sahələr üzrə kadrların hazırlanmasında böyük rol oynayırdı”.
İvan Kazakov Arıçılar Assosiasiyasının yaradılmasını müsbət addım kimi qiymətləndirir: “Bu çox müsbət hadisədir. Biz öz həmkarlarımızla məsləhətləşir və fikir mübadiləsi aparırıq. Bu gün havaların isti keçməsi bal məhsuldarlığının səviyyəsinə də təsir göstərir. Biz çalışırıq ki, ilk olaraq may-iyun aylarında, sonra isə iyul-avqust aylarında daha çox məhsul götürək. Çünki bizim bölgənin təbii iqlim şəraiti binu tələb edir. Müştərilərimiz “Kazakov və oğulları” adı altında satılan bal məhsullarımızı yaxşı tanıyırlar. Biz İsmayıllı rayonunda hasil etdiyimiz balı Bakı şəhərindəki mağazalar vasitəsilə satışa çıxarırıq. Bu artıq bir brenddir. Bizim balımız laboratoriyalarda aparılan analizlərin nəticələrinə görə ən keyfiyyətli bal sayılır”.
İvanovkalı fermer balın keyfiyyətində coğrafi şərait və qulluqla yanaşı arıçının yanaşmasının da rol oynadığını deyir: \"Biz ailə üzvlərimiz arasında belə bir söz işlədirik - balın keyfiyyəti, arıçının vicdanıdır. Bu doğrudan da belədir”.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026