Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq 14 may 2022-ci il tarixində saat 11:00-da Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçiriləcək. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.
Festivalın keçirilməsində məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək və fermer və sahibkarlar arasında işgüzar əlaqələrin qurulmasıdır.
Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi festivala qatılmaq istəyən yerli və xarici şirkətləri, sahibkarları, media nümayənələrini, eləcə də qonaq qismində hər bir kəsi dəvət edir. Bildiririk ki, iştirakçıların rahatlığını təmin etmək məqsədilə Bakı şəhərindən və müxtəlif bölgələrdən festivalda iştirak edən vətəndaşlar üçün ödənişsiz şəkildə nəqliyyat vasitələri təşkil ediləcək və xüsusi endirimli hotellərlə təmin ediləcək.
Tədbirdə həmçinin qonaqlar üçün əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, ödənişsiz kulinariya nümunələri təqdim ediləcək, yeni növ “Bahar” çörəyinin təqdimatı, paytaxt və Xaçmaz brendləri ilə tanışlıq, festival iştirakçılarından təamlar, bir sıra mədəni–etnoqrafik tədbirlər təşkil ediləcək.
Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (Mən “Baharı çəkirəm” adlı yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi“, “Bahar 22” müsabiqəsi “Nərd” çempionatı) keçiriləcək və yaxşıların ən yaxşısı seçiləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
25 Sentyabr 2023
"6-cı Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri" üzrə beynəlxalq konfrans keçirilib
23 Sentyabr 2023
Cənubi Koreya - Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində təqdimatlar keçirilib
23 Sentyabr 2023
Aqrar Sığorta Fondu Bakıda və bölgələrdə - Təqaüdlü Təcrübə Proqramına başlayır
22 Sentyabr 2023
Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
22 Sentyabr 2023