Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev Samux rayonunda heyvanların qarayara və dabaq xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə işləri ilə tanış olub. Həmçinin Samux rayonunun Tatlı və Qıyaslı kənlərində olan Xidmət rəisi heyvanların saxlama, yemləmə şəraiti, qarayara və dabaq xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə tədbirlərini izləyib.
Xidmət rəisinə təsərrüfatlarda görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Tatlı kəndində sahibkar Nəsibov Rübail Həsən oğluna məxsus təsərrüfatda 200 baş iribuynuzlu heyvan, Qiyaslı kəndində isə sahibkar Kərimov Azad Yaşar oğluna məxsus damazlıq simenntal cins iribuynuzlu heyvandarlıq təsərrüfatında 170 baş heyvan saxlanılır. Təsərrüfatların tərkibinə ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.
Həmçinin xidmət rəisi Bayandur Rzayevə təsərrüfatlarda saxlanılan heyvanların yem bazası, xarici ölkə istehsalı olan kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib.
Təsərrüfatda istehsal edilən ekoloji təmiz ət, süd və süd məhsullarının bazarda çoxsaylı alıcılara təqdim olunduğu vurğulanıb.
Bayandur Rzayev təsərrüfat sahiblərinin müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib. Xidmət rəisi bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır.
Xidmət rəisi həmçinin fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırıldığını vurğulayıb.
Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026