Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Bu diqqət sayəsində kənd təsərrüfatı sahəsində sosial iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə olunub. Nazir Yeni Azərbaycan Partiyasının ölkənin müstəqilliyinin möhkəmlənməsində müstəsna xidmətlərə malik olduğunu deyib, partiya hakimiyyətə gəldikdən sonra bütün sahələrdə, o cümlədən aqrar sahədə sürətli inkişafın baş verdiyini diqqətə çatdırıb. Hesabat-seçki yığıncağının iştirakçılarına uğurlar diləyən İnam Kərimov ümidvar olduğunu bildirib ki, Yeni Azərbaycan Partiyası üzərinə düşən tarixi missiyanı bundan sonra da layiqincə yerinə yetirəcək.
Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının sədri Murtuzəli Hacıyev ötən dövrlər ərzində görülən işlər barədə məlumat verib, təşkilatın partiyanın bütün işlərində aktiv iştirak etdiyini vurğulayıb.
Toplantıda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Tağı Əhmədov Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağının iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib.
Daha sonra yığıncaqda Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının İdarə Heyətinə seçkilər keçirilib. İdarə Heyəti formalaşdıqdan sonra sədr postuna kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Seyfəddin Talıbov ərazi ilk partiya təşkilatının, nazirliyin insan resurslarının idarə edilməsi üzrə iş şöbəsinin müdiri Elvin Paşayev isə onun müavini seçilib.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş nazirlik əməkdaşlarına medalların təqdim olunması mərasimi keçirilib. Təltif olunanlara medalları kənd təsərrüfatı naziri İnam Kərimov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov təqdim ediblər.
Toplantıda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədrinin birinci müavini Qərib Məmmədov da iştirak edib.
Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
24 Aprel 2025
Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir
23 Aprel 2025
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2025
Nazir Məcnun Məmmədov Türkiyədə keçirilən “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib
22 Aprel 2025
Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulu elan edir
22 Aprel 2025