Yanvar ayının ilk günlərindən başlayaraq Yardımlı rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Yardımlı rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Tədbirlər Yardımlı Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.
İdarə rayonda saxlanılan 28537 min baş iribuynuzlu, 87552 baş xırdabuynuzlu, 2403 baş təkdırnaqlı heyvana, 4920 baş arı ailəsi və 126356 baş quşa baytarlıq xidməti göstərir.
İlin əvvəlindən bəri rayonda fəaliyyət göstərən Xankişi Mirzəyevə məxsus “Göyərçin” fermer təsərrüfatında saxlanılan 50 baş iribuynuzlu və 400 baş xırdabuynuzlu heyvanda qarayara, dabaq və cavan heyvanlarda bruselyoz xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə aparılıb. Hal-hazırda xırdabuynuzlu heyvanlarda çiçəyə və iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı vaksinasiya tədbirləri aparılır və dezinfeksiya işləri görülür.
Həmçinin cari ilin müvafiq dövrü ərzində Yardımlı rayonunda 28522 baş iribuynuzlu, 85059 baş xırdabuynuzlu, 2403 baş təkdırnaqlı heyvanda qarayara, 2889 baş sahibli itdə quduzluq, 1965 baş iribuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 130862 baş (“H” ştammı ilə) quş və 198778 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl, 1667 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Yardımlı rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında həm də dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri icra edilir. Artıq 28631 baş iribuynuzlu və 85672 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Yardımlı Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 28511 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 5900 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 3835 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib, eləcə də vərəmə qarşı 3188 baş iribuynuzlu heyvanda, 1737 baş təkdırnaqlı heyvanda manqo xəstəliyinə görə diaqnostik müayinə aparılıb. Eyni zamanda ilin əvvəlindən indiyə kimi rayon baytarlıq idarəsi 8657 baş iribuynuzlu, 5940 baş xırdabuynuzlu heyvanlarda ektoparazitlərə qarşı işləmə həyata keçiriblər.
Yardımlı rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024