Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar həkimləri Quba və Xızı rayonlarının yaylaqlarında heyvandarlıq təsərrüfatlarında olub. Lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş baytar həkimlər sürülərin sağlamlıq durumları ilə maraqlanıb və heyvanları yerindəcə baytarlıq baxışından keçiriblər.
Səyyar baxış zamanı yaylaqlarda xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev-1” vaksini ilə peyvəndləmə və heyvanların yataq yerlərində dezinfeksiya tədbirləri həyata keçirilib, sahibkarlar və çobanlar arasında maarifləndirmə işləri aparılıb, bukletlər təqdim olunub.
Agentlik əməkdaşları yaylaq şəraitində saxlanılan heyvanlarda aparılan profilaktik peyvəndləmə işləri, göstərilən baytarlıq xidməti ilə əlaqədar yerli baytar həkimlərə də tövsiyələr veriblər.
Növbəti səyyar baytarlıq xidmətinin Gədəbəy və Daşkəsən rayonlarının ərazisində yerləşən yaylaqlarda aparılması nəzərdə tutulur.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026