2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq gələn il üçün əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını, əkin ehtiyaclarını müəyyənləşdirib. Subsidiyaların verilməsi qaydalarında dəyişikliklər olduğunu xatırladan nazir müavini bildirib ki, yeni çevik mexanizm sayəsində aqrar sahədə trendlər və fermerlərin müraciətləri nəzərə alınaraq əmsallar və kvotalar dəyişdirilə bilər. 2020-ci ildən subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcəyini xatırladan İlham Quliyev bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlıq işlərinin davam etdirdildiyini vurğulayıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev fermerləri açıqlanan əmsallarla tanış olmağa, əkin planlarını buna uyğun müəyyənləşdirməyə çağırıb. Subsidiyaların təşviq məqsədilə verildiyini deyən Mirzə Əliyev əmsalların müəyyənləşməsi zamanı əsas götürülən kriteriyalər barədə jurnalistlərə geniş məlumat verib. AKİA sədri subsidiyaların fermerlərə nağdsız şəkildə veriləcəyini deyib. Kartlar bu ilin sonuna kimi fermerlərə veriləcək. Fermerlər bu kartın balansında olan məbləğin 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifadə edə biləcəklər.
Mətbuat konfransında yeni subsidiya mexanizmi, bitki növləri üzrə müəyyənləşən əmsallar, əkin, məhsul və toxum subsidiyası, intensiv bağların inkişafına dövlət dəstəyi, çəltik, pambıq, tütün, fındıq və çay üzrə ixtisaslaşmanın tətbiqi və digər məsələlərlə bağlı jurnalistlərin sualları cavablanlandırılıb.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026