Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTB ETİ) Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasında müasir texnologiya əsasında əkilmiş pambıq sahəsində növbəti lokal xarakterli kimyəvi mübarizə tədbiri həyata keçirilib. Dron vasitəsilə aparılmış mübarizə sahədə müşahidə olunan mənənə və tor gənəsinin məhv edilməsi məqsədilə icra olunub.
AEİM-in direktoru İmran Cümşüdov, BMTB ETİ-nin direktoru Elçin Xəlilov və digər mütəxəssislərin iştirakı ilə aparılmış müşahidələr zamanı ziyanvericilərin aktivliyi təsdiq edilib və dron vasitəsilə effektiv kimyəvi mübarizə aparılıb.
Dron vasitəsilə sahənin zərərvericilərdən qorunmasının bir sıra müsbət üstünükləri varr. Ənənəvi mexaniki metodla müqayisədə bitkilər əzilərək zədələnmir, bütün sahə deyil, yalnız ziyanvericilərin sirayətləndiyi ərazilərə pestisid vurulur ki, bu da zəhərli dərmanların ətrafa yayılmasının qarşısını alır, ekoloji tarazlığı qoruyur. İqtisadi baxımdan isə istehsal xərclərini aşağı salır, eyni zamanda, əkin aparılmış sahəni tam görməyə imkan yaratmaqla suvarmanın, alaqların yayılmasının səviyyəsini müəyyən etməyə imkan verir.
Qeyd edək ki, Şirvan Təcrübə Stansiyasının əkin sahəsində 2020-ci ilin məhsulu üçün Çin texnologiyası əsasında 10, türk texnologiyası əsasında isə 8 hektar əkin aparılıb. Torpaqbecərmə işləri Çin Xalq Respublikasından gətirilmiş diskli maladan istifadə edilərək həyata keçirilib, çiyid səpini müasir texnologiya ilə hazırlanmış aqreqatla aparılıb.
Xatırladaq ki, ötən il çinli mütəxəssislərin iştirakı ilə 10 hektarda çiyid əkilmiş, aqrotexniki becərmələrin dəqiqliklə aparılması nəticəsində əkin sahəsində orta məhsuldarlıq 65 sentner təşkil edib. Bu il də sahələrdən yüksək məhsuldarlıq gözlənilir.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026