Yevlax rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndlənmə, diaqnostik müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Yevlax Rayon Baytarlıq İdarəsinin 15 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Yevlax rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Tədbirlər Yevlax Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.
İdarə rayonun 1 şəhər, 3 qəsəbə və 46 kənddə saxlanılan 67626 baş iribuynuzlu, 172719 baş xırdabuynuzlu, 1085 baş təkdırnaqlı heyvana və 455595 baş quşa baytarlıq xidməti göstərir.
İlin əvvəlindən bəri rayonda fəaliyyət göstərən Hüseynov İsrail İsa oğluna məxsus “Fərid” fermer təsərrüfatında saxlanılan 320 baş iribuynuzlu, 480 baş xırdabuynuzlu heyvanda, 3 baş at qarayara, dabaq, 8 baş itdə quduzluq xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə aparılıb. Hal-hazırda xırdabuynuzlu heyvanlarda çiçəyə və iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı vaksinasiya tədbirləri aparılır və dezinfeksiya işləri görülür.
Həmçinin cari ilin müvafiq dövrü ərzində Yevlax rayonunda 72098 baş iribuynuzlu, 1010 baş təkdırnaqlı heyvanda,120 baş dəvədə qarayara, 6000 baş sahibli itdə quduzluq, 208200 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 270800 baş (“H” ştammı ilə) quş və 680000 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl, 1300 baş iribuynuzlu və 300 xırdabuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Yevlax rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında həm də dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri icra edilir. Artıq 72014 baş iribuynuzlu və 70680 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Yevlax Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 72442 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. İlin əvvəlindən indiyə kimi isə baytarlıq xidməti tərəfindən rayonda 98474 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1291baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib, eləcə də vərəmə qarşı 200 baş iribuynuzlu heyvanda diaqnostik müayinə aparılıb.
Yevlax rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Zəfər” futbol turnirinə yekun vurulub
07 Noyabr 2024
Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
06 Noyabr 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub
05 Noyabr 2024
Aqrar Sığorta Fondu və “Azərkosmos” arasında əməkdaşlıq memorandumu imzalanıb
04 Noyabr 2024
Aqrar sahədə elmi-tədqiqat işlərinin birgə təşkili məqsədilə memorandum imzalanıb
04 Noyabr 2024