“Aqrolizinq” ASC-nin Yevlax regional nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində taxıl və pambıq yığan kombaynları idarə edən mexanizatorlar (operatorlar) üçün növbəti təlimlərə başlanacaq.
Aprelin 15-dən başlayacaq təlim 2 kurs olmaqla 4 gün müddətində Nova 340 markalı taxılyığan kombaynı idarə edəcək mexanizatorlar üçün təşkil ediləcək. Aprelin 19-dan Sampo 2065 markalı taxılyığan kombaynı idarə edəcək mexanizatorlar 1 kurs olmaqla 2 günlük təlimdə iştirak edə biləcək. Aprelin 22-dən isə John Deer W230 markalı taxılyığan kombaynı idarə edəcək mexanizatorlar üçün təlimlər başlayacaq.
Təlimlərdə mexanizatorlara kombaynların idarə edilməsi, düzgün texniki xidmətin göstərilməsi, texnikaların nizamlanması işləri, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı ətraflı məlumat veriləcək.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunacaq. Təlimi keçmiş hər bir operatora (mexanizatora) sertifikat təqdim ediləcək.
Qeyd edək ki, sertifikatı olmayan mexaniztorlarla “Aqrolizinq” ASC tərəfindən icarə müqavilə bağlanılmayacaq. Təlimlərdə iştirak etmək istəyənlər 994 51 255 92 63 (Texniki xidmət işlərinin təşkili sektorunun mütəxəssisi Novruzov Maqsud) nömrəsi ilə əlaqə saxlaya və ətraflı məlumat ala bilər. Təlimdə iştirak üçün heç bir ödəniş tələb olunmur.
Xatırladaq ki, aprel ayının 5-də Dominator 130, New Holland TC 4.90, Sampo 20165 kombaylarını idarə edən mexanizatorlar üçün təlimlər yekunlaşıb. Ümumilikdə təlim prosesinə 44 rayondan 291 nəfər təlimə cəlb olunub, təlimin sonunda onlardan 6 nəfəri müvafiq imtahandan keçmə bilməyib, 285 nəfər mexanizatora isə müvafiq markalı kombaynların idarə edilməsi üzrə sertifikat təqdim edilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024