Ölkədə pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı mütəmadi olaraq bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə müşavirə, seminar və təlim kursları keçirilir.
Nazirliyin əməkdaşlardan ibarət mütəxəssis qrupu tərəfindən Zərdab və Ağcabədi rayonlarında fermerlər üçün təlim keçirilib.
Təlim çərçivəsində Zərdab və Ağcabədi rayonlarında pambıq bitkisinin vegetasiyası müddətində aqrotexniki tədbirlərin düzgün təşkil edilməsi, əkin sahələrində gübrələmə, suvarma, kultivasiya, texnikadan düzgün və səmərəli istifadə, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki qaydalara riayət edilməklə becərilmənin aparılması, yığımın təşkili və s. istiqamətlərdə pambıq istehsalçıları və fermerlərə vacib maarifləndirici məlumatlar verilib. Eyni zamanda qeyd olunan istiqamətlər üzrə həyata keçirilən aqrotexniki tədbirlər tarla şəraitində fermer və sahibkarlara əyani olaraq nümayiş olunub.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026