İyunun 21-də Zərdab rayonunda istehsalçı fermer Əhmədov Mütəllif Ağaməmməd oğlunun pambıq sahəsində “Pambığa səpilən dərman preparatlarından istifadə, insanların tehlükəsizliyi, preparatlardan zəhərlənmənin qarşısının alınması” mövzusunda səyyar təlim keçirilib.
Təlimin əsas məqsədi pestisidlərlə işləyən zaman baş verə biləcək bədbəxt hadisələrin və şəxslərin zəhərlənməsinin qarşısını almaq və zəhərlənmə baş verdikdə ilk yardım göstərilməsinin üsul və vasitələrini izah etmək olub.
Təlimdə Kənd Təsərrüfatı Nazirliyinin, Zərdab rayon Bitki Mühafizəsi Mərkəzinin, Ucar Regional Toxum Sertifikatlaşdırma Laboratoriyasının, Dövlət Texniki Nəzarət Xidmətinin və digər müvafiq qurumların nümayəndələri iştirak edib. Təlimdə Zərdab rayon Bitki Mühafizə Mərkəzinin rəisi Hüseyn Hüseynov bildirib ki, dərmanlardan istifadədə xüsusi geyim olmalı, təhlükəsizlik qaydalarına ciddi əməl edilməli, pambıq sahəsində çalışan işçilər təhlükəsizlik qaydalarına əməl etməlidir. Bildirilib ki, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı kimyəvi mübarizə aparan şəxslər bu barədə yerli icra nümayəndəliklərinə, bələdiyyələrə 4-5 gün qabaq məlumat verməli, yaxınlıqda olan arıçılıq, heyvandarlıq təsərrüfatlarını xəbərdar etməlidirlər. Sahə dərmanlandıqdan sonra həmin sahənin kənarlarına xəbərdaredici nişanlar qoyulmalı və bir neçə yerdə qırmızı lentlər bağlanmalıdır.
Yekunda dərmanlardan istifadədə təhlükəsizlik qaydalarına əməl olunması qaydaları əyani şəkildə nümayiş olunub.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026