Nazirlik

Nazirliyi Apellyasiya Şurasının mövcud tərkibi

  • A
  • A
  • A

 

Kənd Təsərrüfatı Nazirliyi Apellyasiya Şurasının mövcud tərkibi barədə
MƏLUMAT

Şuranın sədri:

İlhamə Qədimova - Kənd Təsərrüfatı nazirinin müavini


Şuranın üzvləri:

 

Fuad Mayılov - Aparat rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri

Hüquq və icra intizamı şöbəsinin müdiri

Köçəri İmanov - Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdir müavini – Fermerlər və assosiasiyalarla iş sektorunun müdiri

Seymur Mövlayev- Aqrar Kredit və İnkişaf Agentliyinin sədri

Leyli Ağayeva - Aqrar Xidmətlər Agentliyinin sədrinin müavini

Həmzə Xəlilov – “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin direktorunun müşaviri

Apellyasiya Şurasının Katibliyinin mövcud tərkibi

  • A
  • A
  • A

 

Kənd Təsərrüfatı Nazirliyi Apellyasiya Şurasının Katibliyinin mövcud tərkibi barədə
MƏLUMAT

Katibliyin rəhbəri:

Elşad Səmədzadə - Ümumi şöbənin müdirinin müavini, Sənədlərlə iş və monitorinq sektorunun müdiri


Katibliyin tərkibi:

Diləfruz Talıbova  - Elm, təhsil və insan resursları şöbəsinin Dövlət qulluğu sektorunun müdiri

Günel Ələkbərli Əbilli - Hüquq və icra intizamı şöbəsinin Hüquqi aktların ekspertizası sektorunun müdiri

İsmət Qubatov  -  İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi

Apellyasiya Şurasının məlumatları

  • A
  • A
  • A

Rəhbərlik

  • A
  • A
  • A

Mərkəzi Aparat

  • A
  • A
  • A

Tabeli qurumlar

  • A
  • A
  • A

Nazirliyin tarixi  

  • A
  • A
  • A

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli  Sərəncamı ilə yenidən təşkil edilmişdir.

Nazirlik kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Elm və İnnovasiya Mərkəzi, rayon və şəhər Dövlət Aqrar İnkişaf Mərkəzləri, Dövlət Toxum Fondu, Respublika Süni Mayalanma Mərkəzi, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC, "Aqrar Tədarük və Təchizat" ASC, Dövlət Aqrar Ticarət Şirkəti, “Green Park Azərbaycan” MMC fəaliyyət göstərir. Nazirlik həmin xidmətlərin fəaliyyətini əlaqələndirir və onlara nəzarəti həyata keçirir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2009-cu il tarixli 392 nömrəli Sərəncamı ilə “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi özünəməxsus şərəfli bir tarixi yol keçmişdir. 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir.

Beynəlxalq əməkdaşlıq

  • A
  • A
  • A

 

Hökumətlərarası Komissiyalar

 

Açıq məlumatlar

Hesabatlar

  • A
  • A
  • A

 

Xidmətlər barədə statistik məlumatlar:

2021

Qeydiyyatdan keçmiş fermer sayı 29666

Qeydiyyatdan keçmiş təsərrüfat sayı 30398

Qeydiyyatdan keçmiş fiziki şəxslər 29566

Qeydiyyatdan keçmiş hüququ şəxslər 100

Qeydiyyatdan keçmiş ərazilərin sayı 103621

Ərazi yaratmış fermerlərin sayı 65251

Ərazi yaradılmış təsərrüfatların sayı 65395

Ümumi:

Qeydiyyatdan keçmiş barama təchizatçıları 139

Qeydiyyatdan keçmiş gübrə təchizatçıları 529

Qeydiyyatdan keçmiş toxum təchizatçıları 635

Qeydiyyatdan keçmiş tədarükçülər 22

Qeydiyyatdan keçmiş tədarük məntəqələri 618

Qeydiyyatdan keçmiş fermer sayı 576236

Əkin bəyan edən fermerlərin sayı 420512