- 1983 Sentyabrın 15-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub
- 2000-2004 Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.
- 2004-2006 Pakistanın İdarəetmə Elmləri üzrə Lahor Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.
- 2017 Amerikan Xüsusi Biznes və Təcrübə Təlimi Proqramı (SABIT) üzrə Aqrobiznesdə İnnovasiya və Effektivlik mövzusunda təlim proqramını müvəffəqiyyətlə bitirib.
- 2006-2007 Hərbi xidmətdə olub.
- 2002 Əmək fəaliyyətinə 2002-ci ildən qida sektorunda başlayıb.
- 2007-2010 Audit, vergi, risk məsləhətləri və maliyyə məsləhətləri xidmətləri şirkəti olan “Deloitte & Touche” LLC-də Maliyyə Məsələhət Xidmətləri üzrə məsləhətçi kimi fəaliyyət göstərib.
- 2010-2011 “AER” MMC-də çalışıb.
- 2011-2015 “Modern Group of Companies” MMC-də Biznesin inkişafı üzrə direktor, İdarə Heyətinin üzvü olub.
- 2015-2018 “PMD Group” MMC-də Satış, Marketinq və Biznesin inkişafı, İnvestisiya və Biznesin inkişafı üzrə direktor vəzifələrində çalışıb, Kənd təsərrüfatı portfeli üzrə icraçı direktorun birinci müavini olub.
- 2018-2023 “Agro Food Investments” MMC-nin İdarə Heyətinin sədri, Baş icraçı direktoru vəzifəsində çalışıb.
- 2023 Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
- İngilis, türk və rus dillərini bilir.
- Evlidir, 2 övladı var.