Bugündən başlayaraq sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2025-ci il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
İstehsalçı və satıcılar tedaruk.az saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar.
tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.
Nazir müavini Elçin Zeynalov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib
13 Avqust 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxı və İsmayıllıda fermer təsərrüfatlarına dəstək göstərilib
13 Avqust 2024
Elmi Tədqiqat İnstitutlarında sağlamlıq və əməyin mühafizəsi işinin təşkili ilə bağlı silsilə tədbirlər keçirilib
13 Avqust 2024
AFAQ və “Şəhərdən Kəndə” layihələri tərəfindən dəstək tədbirləri həyata keçirilib
12 Avqust 2024
Nazir Məcnun Məmmədov Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
12 Avqust 2024