Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən Xankəndi şəhəri ərazisində bitki sağlamlığının qorunması məqsədilə monitorinqlər aparılıb.
Monitorinqlər zamanı parklarda, yaşıllıq sahələrində və yol kənarlarında əkilmiş cökə ağaclarında zərərli orqanizmlərin yayılması halları müəyyən edilib. Aşkarlanan fitosanitar risklərə qarşı müvafiq kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri zərərli orqanizmlərin qarşısının alınması, ağacların sağlamlığının qorunması və yaşıllıq zolaqlarının ekoloji davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, işğaldan azad olunmuş digər ərazilərdə də AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən əkin sahələrində və meşə zolaqlarında zərərli orqanizmlərə qarşı mütəmadi olaraq monitorinqlər və mübarizə tədbirləri həyata keçirilir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026