Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Prezidentinin iqlim və su ehtiyatları üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriev arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıblar.
Tərəflər Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, aqrar sahəyə dair yeni Dövlət Proqramının əsas məqsədlərindən biri olan su resurslarına qənat edilməsi məqsədilə suvarma sistemlərinin müasirləşdirilməsi, quraqlığa və xəstəliyə davamlı bitki sortlarının qarşılıqlı sınaqlarının təşkil edilməsi, hər iki ölkə ərazisində keçirilən beynəlxalq sərgi, yarmarka və aqrar festivallarda qarşılıqlı iştirak, eləcə də tərəflərin maraq kəsb etdiyi digər prioritet məsələlər müzakirə edilib.
Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb
04 Noyabr 2026
“Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi Zərdab rayonunda keçirilib
04 Noyabr 2026
AFAQ layihəsi çərçivəsində Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib
03 Noyabr 2026
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
03 Noyabr 2026
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
03 Noyabr 2026