Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) əməkdaşları ixtiralarına görə patent alıblar.
Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru a.e.d. Vüqar Səlimov, aparıcı elmi işçilər dos. Mövlud Hüseynov, dos. Şamil Tahirov və böyük elmi işçi Arzu Əhmədov tərəfindən təqdim olunmuş ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib. Patent “Qırmızı kəmşirin desert şərabının istehsal üsulu” adlı ixtiraya görə alınıb. Qeyd edək ki, üsul qırmızı kəmşirin desert şərabının istehsalına aiddir və şərabçılıq sənayesində istifadə oluna bilər.
Təklif olunan texnologiya indiyə qədər mövcud olan texnologiyalardan onunla fərqlənir ki, bu texnologiyanın tətbiqi əldə olunan şərabçılıq məhsulunun fiziki-kimyəvi tərkibinin zənginləşməsini və orqanoleptik xüsusiyyətlərinin mükəmməlləşməsini təmin edir.
Məqsəd yüksək keyfiyyətli, daha zəngin dada malik, mükəmməl iyli, həm fiziki-kimyəvi tərkibi, həm də orqanoleptik göstəriciləri ilə seçilən qırmızı kəmşirin desert şərabının istehsalına nail olmaqdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024