Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) rektoru Çaba Guricanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüş zamanı kənd təsərrüfatı sahəsində elmi tədqiqatlar, aqrar təhsil, Azərbaycan Dövlət Aqrar Universiteti ilə ikili diplom proqramlarının həyata keçirilməsi, aqrar sahədə mütəxəssislərin yetişdirilməsi, gənc kadrların təcrübə proqramlarında iştirakının genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanda səfəri zamanı keçirilən görüşlərdə aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı razılıq əldə olunduğunu xatırladıb, aqrar təhsil sahəsində ən qabaqcıl elmi nailiyyətlərin innovativ təlim-tədris texnologiyalarının tətbiqi, aqrar sahədə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin yüksəldilməsi və beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsinin əhəmiyyətinə toxunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən (MATE) rektoru Çaba Gurica bu cür əməkdaşlıqların iki ölkə arasında aqrar təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb. O, Avropanın ən qədim kənd təsərrüfatı ali təhsil müəssisəsi olan MATE-nin tədris metodikası, elmi tədqiqat işləri barədə qonaqlara ətraflı məlumat verib.
Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və MATE arasında əməkdaşlıq imkanları, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsinin vacib olduğu vurğulanıb. Tərəflər ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması, təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024