Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəsisləri tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir.
AXA tərəfindən İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarının ərazilərinin bir hissəsini əhatə edən Küdrü düzü, həmçinin Tərtər, Ağstafa rayonu ərazilərində Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərini vaxtında və səmərəli təşkil etmək məqsədilə lazımı dərman və yanacaq ehtiyatı yaradılıb. Bütün maşın-mexanizmlər sazlanaraq hazır vəziyyətə gətirilib, maşın-mexanizmlərin dislokasiyası həyata keçirilib.
AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində çəyirtkəkimilərə (Mərakeş çəyirtkəsi) qarşı ümumilikdə 11563 ha sahədə müşahidələr aparılıb, 3458 hektar sahədə sirayətlənmə aşkar edilib və 1175 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirləri əsasən Ağstafa (500 ha), Cəbrayıl (225 ha), Şəki (250 ha) və digər rayonların ərazilərində aparılıb. Həmçinin, Lerik rayonunun dağlıq ərazilərində çəyirtkələrin əkin sahələrinə sirayətlənməsinin qarşısını almaq məqsədilə mütəxəssislər tərəfindən 100 hektardan artıq sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Kimyəvi mübarizə tədbirləri “Mikroneyr” tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan “Chrysamed Dedex” (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan “Arrivo” (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.
Qeyd edək ki, Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayır. Mühit şəraitindən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarları təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verməyə çağırır.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib
11 Oktyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib
11 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edəcək
10 Oktyabr 2024
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
09 Oktyabr 2024
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
09 Oktyabr 2024