Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2026-cı ilin iyul ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik.
İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi başa çatıb
02 Iyul 2026
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
02 Iyul 2026
İşğaldan azad edilmiş ərazilərə 249 min başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb
02 Iyul 2026
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirib
01 Iyul 2026
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
01 Iyul 2026