Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşib. İyunun 22-də keçirilən müsabiqənin finalında iştirak edən 191 namizəddən ən yüksək bal toplayan 30 nəfər qalib adını qazanıb. Müsabiqənin şərtlərinə əsasən, 25 qalibin seçilməsi planlaşdırılsa da, 5 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komissiyası həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.
Qaliblərdən 17-si kişi, 13-ü qadındır. Ən gənc qalibin 23, ən yaşlı qalibin isə 43 yaşı var. “Üfüq” müsabiqəsinin qaliblərindən 16 nəfər Bakı-Abşeronda, 14 nəfər isə bölgələrdə çalışır.
Qaliblərin adlarını təqdim edirik:
Müsabiqənin qalibləri inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən ilk dəfə təşkil edilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və onların karyera inkişafına şərait yaratmaqdır.
Aqronom və baytarlar üçün yeni imkan!
10 Aprel 2026
Aqrar Sığorta Fonduna 6500 hektardan artıq əkin sahəsi üzrə zərər müraciətləri daxil olub
10 Aprel 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qusarda vətəndaşları qəbul edib
10 Aprel 2026
Yaylaq mövsümü ilə bağlı fermerlərin qeydiyyatına start verilir
09 Aprel 2026
Nazir Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
09 Aprel 2026