Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində quşçuluq sahəsinin inkişafının stimullaşdırılması, qarşıda duran vəzifələr və görüləcək işlərin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Görüşdə Nazirliyin məsul şəxsləri və struktur bölmələrinin əməkdaşları, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri və quşçuluq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Dövlət Proqramından irəli gələn vəzifələrin əlaqələndirilmiş şəkildə icrasını təmin etmək məqsədilə “Quşçuluq qrupu” fəaliyyətə başlayıb. Qrupun əsas fəaliyyət istiqamətləri quşçuluq təsərrüfatlarının ehtiyaclarının qiymətləndirilməsi, sahənin xüsusiyyətləri nəzərə alınmaqla torpaqların kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi prosesinin sürətləndirilməsi, quşçuluq binalarının və kəsimxanaların tikintisi, yumurta emalı müəssisəsinin yaradılması, eləcə də damazlıq işinin təşviqinə yönəlmiş dəstək mexanizmlərinin hazırlanmasını əhatə edir. Qeyd olunub ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində quş əti istehsalının 30 faiz, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir.
Görüşdə quşçuluq müəssisələrinin nümayəndələri fəaliyyətləri, mövcud istehsal imkanları və həyata keçirdikləri layihələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflərini diqqətə çatdırıblar. Həmçinin, ölkədə sənaye üsulu ilə quş əti istehsalının mövcud vəziyyəti, istehsal proseslərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, yem təminatının yaxşılaşdırılması və sahənin inkişafına təsir göstərən digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması üçün dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb.
Sonda bu istiqamətdə müzakirələrin mütəmadi davam etdirilməsi qərara alınıb.
AFAQ layihəsi çərçivəsində Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib
03 Noyabr 2026
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
03 Noyabr 2026
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
03 Noyabr 2026
Bölgələrdə sertifikatlı toxum satışı təşkil ediləcək
02 Noyabr 2026
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb
30 Oktyabr 2026