“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən PAŞA Holdinqin maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qadın fermerlərə payızlıq əkin üçün toxum dəstəyi göstərilib.
Oktyabrın 26-dan 28-dək Laçın, Ağdərə, Xocalı və Xocavənd rayonlarında keçirilən paylanma zamanı 17 kooperativə və 78 ailə kəndli təsərrüfatına ümumilikdə 75 tondan çox buğda və arpa toxumu təqdim olunub. Bundan əlavə, Ağdərədə bir təsərrüfata 2 058 ədəd alma tingi verilib.
Rayonlar üzrə dəstək aşağıdakı kimidir:
Fermerlərə “Krasnodar Tanya” və “Mətin” sortlu buğda, “Krasnodar İosif” və “Cəlilabad 19” sortlu arpa toxumları verilib. Toxumun miqdarı hər təsərrüfatın əkin sahəsinə uyğun hesablanıb və təsərrüfatların toxum ehtiyacının təxminən 40 faizini qarşılayır.
Paylanma zamanı Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təlimçiləri fermerlər üçün təlimlər keçiriblər. Təlimlərdə payızlıq əkinin təşkili, torpağın hazırlanması, toxum seçimi və əkinçilik qaydaları barədə məlumat verilib.
Dəstəyin məqsədi Qarabağa qayıdan ailələrin torpaqları yenidən əkinə cəlb etməsinə, qadınların öz təsərrüfatlarını qurmasına və gəlir əldə etməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, AFAQ layihəsi kənd yerlərində qadınların aqrar sahədə iqtisadi fəallığının artırılmasına yönəlib. Layihə çərçivəsində qadın fermerlərə avadanlıq, yem və toxum dəstəyi göstərilir, təlimlər keçirilir, qadın kooperativlərinin yaradılması dəstəklənir.
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
03 Noyabr 2026
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
03 Noyabr 2026
Quşçuluq sahəsinin inkişafı üzrə qarşıda duran vəzifələr müzakirə olunub
03 Noyabr 2026
Bölgələrdə sertifikatlı toxum satışı təşkil ediləcək
02 Noyabr 2026
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb
30 Oktyabr 2026