Prezident İlham Əliyevin 2026-cı il 23 iyun tarixli 1075 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medallar və vəsiqələr təqdim edilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov kənd təsərrüfatının inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərindən danışıb. Nazir aqrar sahədə əldə olunan uğur və nəticələrin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu diqqətə çatdırıb. Dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşların əməyinin yüksək qiymətləndirilməsinin əhəmiyyətini vurğulayan nazir bu təltifin onların fəaliyyətinə verilən yüksək dəyərin göstəricisi olduğunu bildirib. Məcnun Məmmədov aqrar sektora göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Prezidentin imzaladığı Sərəncamla təltif olunan Nazirlik əməkdaşları onlara göstərilən yüksək etimada və verilən dəyərə görə dövlət başçısına təşəkkür ediblər.
Sonra təltif olunmuş Nazirliyin əməkdaşlarına medallar və vəsiqələr təqdim edilib.
Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
10 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
10 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026