Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov dekabrın 10-da, saat 10:00-da Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-788-22-09/050-532-07-00) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Masallıda vətəndaşları qəbul edəcək
04 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Saatlıda vətəndaşları qəbul edəcək
04 Dekabr 2024
Nazir Məcnun Məmmədov İordaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
04 Dekabr 2024
Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
03 Dekabr 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edəcək
03 Dekabr 2024