Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə müraciət edib. Agentlikdən bildirilib ki, qanunvericiliyə əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşquları dövri olaraq texniki baxışdan keçməlidir. Texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır. Bu səbəbdən kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçiləri onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışa təqdim etməlidir.
AXA mütəxəssisləri tərəfindən respublika üzrə aparılan monitorinqlər onu göstərir ki, hələ də texniki baxışa cəlb etmədən nəqliyyat vasitələrinin istismarı halları mövcuddur. Bu da öz növbəsində hərəkət iştirakçılarının qanunun tələblərini pozmasına, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələnməsinə gətirib çıxarır. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısının alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
2025-ci il ərzində AXA tərəfindən 1072 cərimə protokolu təqdim olunub ki, onlardan 763-ü texniki baxışdan keçirmədən idarəetmə halları ilə bağlıdır.
Nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, dövlət rüsumunun və utilizasiya haqqının ödənilməsi barədə sənəd və icbari sığortanın mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra həyata keçirilir. Traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən özügedən mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün texniki baxışa görə dövlət rüsumu 15 manat və istehsal ilindən asılı olaraq utilizasiya haqqından ibarətdir. Texniki baxış respublikanın bütün rayon və şəhərlərində texnikaların duracaq yerləri üzrə faziləsiz və səyyar şəkildə həyata keçirilir.
Qeyd edək ki, növbəti texniki baxışın keçiriləcəyi gün əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Növbəti texniki baxışın keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirməyən nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə daşıyırlar.
Xatırladaq ki, hərəkət iştirakçıları texniki baxışla əlaqədar olaraq onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
06 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Sabirabadda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
06 Mart 2026
AFAQ layihəsi çərçivəsində Füzulidə qadın fermerlərə avadanlıqlar təqdim olunub
06 Mart 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Mart 2026
Nazir Məcnun Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb
05 Mart 2026