Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi davam edir. Mayın 6-da Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov və Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qonaqlara məlumat verib ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 45 ölkədən 447 şirkət iştirak edir. Eyni zamanda, Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya sərgilərdə milli qruplar formatında təmsil olunaraq kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. Bu il sərgilərdə Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) ayrıca stendlə iştirak edir.
Nümayəndə heyətinə Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, aqrar sahəyə dövlət dəstəyi ilə bağlı ətraflı məlumat verilib. Sərgi ziyarətçiləri aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlərin nümayiş olunduğu Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonu, müxtəlif ölkələrin milli stendlərini ziyarət edib, yerli və xarici şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026