Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 22-də, saat 09:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-737-75-05) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Şəkidə arı xəstəliklərinin idarə olunması və biotəhlükəsizlik üzrə genişmiqyaslı təlim proqramı başlayıb
12 Avqust 2026
Azərbaycanda torpaq laboratoriyaları beynəlxalq standartlara uyğunlaşdırılır
12 Avqust 2026
Çəltik sahələrinin sığortası davam edir – ŞƏRTLƏR, MƏBLƏĞLƏR – SON 10 GÜN!
10 Avqust 2026
Azərbaycanda daha bir aqropark yaradılıb
10 Avqust 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir
10 Avqust 2026