Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli noyabrın 6-da Ağdərə rayonunun Talış kəndində bu rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə əkin və örüş sahələrinin ayrılması, subsidiyaların verilməsi, suvarma suyu ilə təminat, sertifikatlı toxum və kənd təsərrüfatı texnikası ilə təminat və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbuldan sonra Azad Cəfərli Ağdərə rayonunun Çaylı kəndində fəaliyyət göstərən “Frutti Agro” MMC-yə və Suqovuşan kəndində yerləşən “Whitefin Farm” balıqçılıq təsərrüfatına baş çəkib. Baxış zamanı müəssisələrin fəaliyyəti, istehsal imkanları və mövcud vəziyyəti, təsərrüfatlarda görülən işlərlə tanış olub. Görüşlərdə aqrar istehsalın inkişafı, müasir texnologiyaların tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, eləcə də müəssisələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr ətrafında fkir mübadiləsi aparılıb.
Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, toxumçuluq potensialının inkişaf etdirilməsi baytarlıq və fitosanitar xidmətlər sisteminin gücləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib.
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
06 Noyabr 2026
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
05 Noyabr 2026
Bərdə rayonunda toxum sərgi satış yarmarkası və panel müzakirə keçirilib
05 Noyabr 2026
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib
04 Noyabr 2026