Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
Paneldə fermer və sahibkarların aqrar sektorda qarşılaşdıqları məsələlər müzakirə edilib, dövlət dəstəyi alətləri ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Panel zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər diqqətə çatdırılıb. Proqram çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, resurslardan daha effektiv istifadə və sahələrin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
Tədbirin rəsmi açılışında Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər. Çıxışlarda aqrar sektorun inkişafı, fermer və sahibkarlar üçün yaradılan dövlət dəstəyi imkanları, innovativ texnologiyaların tətbiqi və regionlarda kənd təsərrüfatı istehsalının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Panel müzakirəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Nazirliyin Bitkiçilik şöbəsinin müdiri Pərviz Yusifov, Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Aqrar Sığorta Fondunun Şəmkir Filialının rəhbəri Valeh Əsədov, AQTA Gəncə-Daşkəsən regional bölməsinin rəis müavini Firdovsi Ələkbərov, ADSEA Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin şöbəsinin rəisi Gündüz Cəlilov, “Unibank”ın Gəncə Filialının rəhbəri Həbib Cəfərov spiker qismində iştirak ediblər.
Panel çərçivəsində bitkiçilik, balıqçılıq və akvakultura, heyvandarlıq və intensiv meyvə bağlarının inkişafı üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər bir istiqamət üzrə mövcud imkanlar, dövlət dəstəyi mexanizmləri, maliyyələşmə və sığorta alətləri, həmçinin fermerlərin təsərrüfat fəaliyyətində qarşılaşdıqları çətinliklər müzakirə olunub.
Tədbirdə fermer və sahibkarların ünvanladığı suallar dövlət proqramının torpaq və suvarma, meyvə-tərəvəz, balıqçılıq işçi qrupunun üzvləri və digər iştirakçı qurumların nümayəndələri tərəfindən cavablandırılıb, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanması ilə bağlı tövsiyələr verilib.
Panel müzakirəsi çərçivəsində iştirakçılarla dövlət qurumları və aqrar sektorun digər nümayəndələri arasında birbaşa fikir mübadiləsinin aparılması, mövcud məsələlərin yerində müzakirəsi və praktik həll yollarının müəyyənləşdirilməsi imkanları yaradılıb.
Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
07 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
04 Sentyabr 2026
Göygöldə heyvan sağlamlığı məsələləri müzakirə olunub
04 Sentyabr 2026
Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
04 Sentyabr 2026
Lənkəranda insan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib
03 Sentyabr 2026