9-10 may tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 120-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Aqrar Tədqiqatlar Mərkəzi iki beynəlxalq şirkətlə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
13 May 2026
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
12 May 2026
Bərdədə müasir aqrar yanaşmalarla bağlı maarifləndirici seminar keçirilib
12 May 2026
Nazir müavini Elçin Zeynalov FAO-nun Regional Konfransının 35-ci sessiyasında iştirak edir
12 May 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin may ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
12 May 2026