2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov oktyabrın 17-də, saat 10:00-da Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Samux Dövlət Aqrar İnkişaf Mərkəzinə (099-349-20-99) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə təcrübə mübadiləsi aparıb
16 Oktyabr 2024
Aqrar Sığorta Fondu tərəfindən fermerlərə edilən zərər ödənişlərinin həcmi 10 milyon manatı keçib
16 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib
15 Oktyabr 2024
Şabran rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
15 Oktyabr 2024
Aqrar Sığorta Fondu fermerlərə müraciət edib
14 Oktyabr 2024