Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçayda Heydər Əliyev Mərkəzində “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə KTN-nin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, nar istehsalı ilə məşğul olan fermerlər iştirak ediblər. Çıxışlarda narçılıq sektorunun inkişafı, fermer və sahibkarlar üçün nəzərdə tutulan dövlət dəstəyi tədbirləri, innovativ və resurqoruyucu texnologiyaların tətbiqi, o cümlədən aqrar sektorda mövcud çətinliklərin həlli istiqamətində dövlət qurumları və fermerlər arasında körpü rolu oynayan assosiasiyanın fəaliyyətinə toxunulub.
Tədbir zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər bir daha fermerlərin diqqətinə çatdırılıb. Proqram çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, resurslardan daha effektiv istifadə və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin tədbir çərçivəsində fermerlərə Aqrar Subsidiya Şurasının 2026-cı il üzrə dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarları barədə ətraflı məlumat verilib.
Tədbirdə narçılıq sahəsində fermer və sahibkarları maraqlandıran məsələlər müzakirə edilib, onların təklifləri dinlənilib və sualları cavablandırılıb.
Sonda narçılığın inkişafına verdikləri töhfəyə görə fərqlənən Nazirlik əməkdaşlarına və fermerlərə Assosiasiyanın xüsusi döş nişanları təqdim olunub.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026