Göygöl rayonunda Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və KOTRA Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib.
Forumu giriş sözü ilə Koreyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini xanım Youkyoung Hwang açıb. O, ölkələrarası əməkdaşlığın önəmi və kənd təsərrüfatı sahəsində aparılan birgə işlər, xüsusi ilə COP29 çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Sonra KOICA Azərbaycan Ofisinin Ölkə Direktoru xanım Hwanq Su Lim icra edilən layihələr, əməkdaşlığın perspektivlərindən bəhs edib, təmsil etdiyi qurumun bu qəbildən olan əməkdaşlıqlara dəstək olmağından məmnunluğunu ifadə edib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, Koreya Respublikasının 3 şirkətinin daxil olduğu konsorsiumla institut arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində institutun heyvandarlıq kompleksində icra edilən “Smart müşahidə sistemləri və sürü idarəetməsi” layihəsi uğurla davam etdirilir və təkmilləşdirmələr aparılır.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov Koreya Respublikasının universitetləri ilə ADAU arasında mübadilə və ikili diplom proqramlarından bəhs edib. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də qarşılıqlı əlaqələrin qurulması, Koreyanın təcrübəsini öyrənmək və tətbiq etmək hər iki tərəf üçün böyük perspektivlər vəd edir və yaxın gələcəkdə bu əlaqələr öz töhfəsini verəcək.
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov kənd təsərrüfatı sahəsində Koreya təcrübəsinin öyrənilməsi və bu sahədə görüləcək işlərin əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən Koreya Ticarət İnvestisiya Təşviqi Agentliyinin (KOTRA) direktoru Chungsung Ko ölkələrası əməkdaşlığın önəmini diqqətə çatdırıb, O, KOTRA Bakı nümayəndəliyinin yerinə yetirilən layihələrə daim dəstək olduğunu bildirib.
“Inpro” şirkətinin icraçı direktoru Seung Hyeok Choi və “Whybiz” şirkətinin əməkdaşı Seung Back Jung təmsil etdikləri şirkətlərin heyvandarlıq və suvarma sahəsində innovativ texnologiyalar və onların tətbiq sahələri barədə təqdimatla çıxış ediblər.
Sonda isə LG Yonam Kollecinin professoru, doktor Sun Jo Choi çıxış edib, aparılan tədqiqat işləri, əldə edilən nəticələr, mütərəqqi texnologiyaların inteqrasiyası və sözügedən yeniliklərin kənd təsərrüfatına qazandıracağı uğurlar barədə danışıb.
Forum iştirakçıları maraqlandıran sualların müzakirəsi ilə davam edib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024