Dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma riskləri nəzərə alınaraq, cari ilin təsdiq edilmiş “Epizootik tədbirlər planı”ndan kənar olaraq bu serotipə qarşı əlavə peyvənd vasitələri alınıb. Belə ki, noyabr ayından etibarən peyvənd vasitələri ölkəyə gətirilərək bölgü əsasında rayonlara, xüsusilə sərhəd rayonlarına çatdırılıb və “soyuq zəncir” rejiminə əməl olunmaqla peyvəndləmə tədbirləri həyata keçirilir. Həyata keçirilən profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısının alınmasına xidmət edir.
Qeyd edək ki, dabaq iti yoluxucu virus mənşəli xəstəlik olub və bütün cütdırnaqlı heyvanlarda, xüsusən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir. Virus ağız boşluğunda, süd vəzilərində və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarətə səbəb olur və heyvanlar qidalanmadan qaldığı üçün məhsuldarlıq kəskin şəkildə aşağı düşür. Yoluxma əsasən xəstə heyvanla birbaşa təmas,virusla çirklənmiş yem-su, inventar,qulluq vasitələri, personalın geyimləri və hava-damcı yolu ilə yayıla bilər.
Dabaq həm də transsərhəd xəstəlikdir — virus külək vasitəsilə quruda, hətta dənizlər üzərindən belə kilometrlərlə məsafəyə yayıla və qonşu dövlətlərin ərazisindən ölkəmizə keçə bilər. Həmçinin tranzit və digər nəqliyyat vasitələri ilə yayıla bilər. Heyvan sahiblərinin nəzərinə çatdırırıq ki, heyvanlarınızı mütləq peyvəndləməyə cəlb edin və baytar həkimlərinin peyvəndləmə aparması üçün lazımi şərait yaradın. Bununla bağlı heyvanların vaxtında və düzgün peyvənd olunması üçün Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Mərkəzinin rayon idarələrinə müraciət etməyiniz tövsiyə olunur.
Hazırda bölgələrdə dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən hər il iki dəfə olmaqla iri və xırdabuynuzlu heyvanlarda profilaktika məqsədilə peyvəndləmə tədbirləri həyata keçirilir.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026