Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov noyabrın 12-də Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Şamaxı, Abşeron və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, məhsul subsidiyası, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaş qəbulu başa çatdıqdan sonra Nazir müavini Sarvan Cəfərov Şamaxı DAİM-in kollektivi ilə görüşüb, yeniliklər, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib. Görüşdə 1 Noyabr “Kənd Təsərrüfatı İşçiləri Günü” münasibətilə Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş “Əməkdaşların Tanınma Proqramı” çərçivəsində keçirilmiş sorğu əsasında seçilmiş DAİM əməkdaşları təşəkkürnamələrlə təltif ediliblər.
Qəbuldan sonra nazir müavini Sarvan Cəfərov rayonun Kələxana kəndində Vəliyeva Rəbbat Tamilla qızına məxsus cins damazlıq təsərrüfatına baxış keçirib, fermerlərlə görüşüb. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, heyvandarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Bölgələrdə ölkəmiz üçün xarakterik olmayan dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam edir
11 Dekabr 2025
AKİA sədri Yalçın Camalov Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
11 Dekabr 2025
Azərbaycanda indiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
11 Dekabr 2025
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağdaşda vətəndaları qəbul edib, fermerlərlə görüşüb
11 Dekabr 2025
Bakıda növbəti “Mövsüm Yarmarkası” təşkil olunacaq
11 Dekabr 2025