Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yevlax, Goranboy, Şamaxı, Bərdə, İmişli, Tərtər, Biləsuvar, Ağdam, Beyləqan, Oğuz, Şəki və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən pambıq əkini sahələrində baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin sahələrinin sığortalanması, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və digər məsələlərlə bağlı olub.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Fuad Sadıqov fermerlərə aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verib.
Qəbuldan sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Yevlax rayonu Aran qəsəbəsində şaftalı və nektarin bağlarına baş çəkib və fermerlərlə söhbət edib. Fond rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib
Aqrar Biznes Festivallarına dəstək verən tərəfdaş qurumların sayı artır
19 Yanvar 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
19 Yanvar 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026