Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Aslan Həsənli ilə görüş keçirib.
Nazir qaliblərlə söhbət zamanı onların şəxsi inkişaf məqsədlərini, innovativ layihələrə yanaşmalarını, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət sahələrindəki perspektivli imkanları müzakirə edib. Müzakirələrdə müsabiqə qaliblərinin peşəkar bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ təşəbbüslərə cəlb olunması perspektivləri önə çıxıb.
Qaliblər Mentorluq Proqramından gözləntilərini və gələcək hədəflərini təqdim ediblər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı daha 163 mexanizatora ödənişsiz təlimlərə başlayır
14 Mart 2025
Aqrar Tədqiqatlar Mərkəzində akademik fəaliyyətlə məşğul olanlar, tədqiqatçılar, magistrant və doktorantlar üçün seminar keçirilib
14 Mart 2025
“Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda seminar keçirilib
14 Mart 2025
Mineral gübrələrin səyyar satış xidməti başlayıb
14 Mart 2025
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2025