Tacikistanın paytaxtı Düşənbədə keçirilən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina ilə görüşüb.
Görüşdə Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Tacikistan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.
Nazir müavini Elçin Zeynalov bildirib ki, iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var. Qeyd olunub ki, iki ölkənin iş adamları arasında sıx əlaqələrin qurulması, birgə biznes-forumların keçirilməsi, hər iki ölkədə təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə iştirak ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsinin artmasına töhfə verəcək.
Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səfər çərçivəsində Elçin Zeynalov Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Bağcı ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, aqrar sığorta, üzümçülük sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
25 Iyun 2026
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026