Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri bölgələrdə vətəndaş qəbullarını davam etdirir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov aprelin 11-də Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında bu rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə qəbul, gübrə ilə təminat, kəndlərdə səyyar satış xidmətinin təşkili, rayonun ucqar kəndlərinə kombaynların ayrılması və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həllini tapıb, bir sıra məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı Mehman Veysəlov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Mehman Veysəlov rayonda salınmış intensiv bağlara və çiyələk plantasiyalarına baş çəkib, aparılan aqrotexniki tədbirlərlə tanış olub. Fermerlərlə görüşdə kənd təsərrüfatı texnikaları və suvarma sistemlərinə görə dövlət dəstəyi mexanizmləri, həmçinin ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
24 Aprel 2025
Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir
23 Aprel 2025
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2025
Nazir Məcnun Məmmədov Türkiyədə keçirilən “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib
22 Aprel 2025
Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulu elan edir
22 Aprel 2025