Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 22-də Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı, Sabirabad, İmişli, Beyləqan, Ağcabədi, Masallı, Neftçala və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin sahələrinin sığortalanması, əkin və məhsul subsidiyası, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, heyvandarlıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsi və digər məsələlərlə bağlı olub.
Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Daha sonra nazir müavini İlhamə Qədimova Saatlı rayonunun Qaracalar kəndində fermer Ələsgər Məmmədova məxsus intensiv nektarin, ərik və əncir bağlarına baş çəkib. Görüşdə Aqrar Subsidiya Şurasının 2025-ci təsərrüfat ili üçün qəbul etdiyi qərarlar, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, bağçılığın inkişafına dövlət dəstəyi mexanizmləri, suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
18 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib
18 Sentyabr 2026
Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
18 Sentyabr 2026
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
18 Sentyabr 2026
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
17 Sentyabr 2026