Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov 7-12 aprel tarixlərində Keniyanın paytaxtı Nayrobi şəhərində təşkil olunan “CGIAR Science Week” tədbirində iştirak edib. Dünyanın onlarla ölkəsindən fermerlər, ekspertlər, elm adamları, tədqiqatçılar, siyasətçilər, tərəfdaşlar və maliyyəçilər də daxil olmaqla həm şəxsən, həm də onlayn olaraq 10 mindən çox iştirakçının qatıldığı Elm Həftəsinin məqsədi ətraf mühiti qorumaqla kənd təsərrüfatı məhsuldarlığını artıran texnologiya və innovasiyalar vasitəsilə qlobal ərzaq təhlükəsizliyini gücləndirmək, bu sahədə çalışanlara dəstək verməkdir.
Bu tədbirin əsas hədəfləri sırasında kənd təsərrüfatı sahəsində qabaqcıl elmi nailiyyətlərin və texnologiyaların mübadiləsi, artan qlobal kənd təsərrüfatı problemləri qarşısında aqrar sahədə tədqiqatları sürətləndirəcək yeni investisiya yollarını araşdırmaq üçün yaradılan fürsət xüsusi qeyd olunur.
ATM rəhbəri “CGIAR Science Week” tədbirində bir sıra görüşlər keçirib, Beynəlxalq Qida Siyasəti Tədqiqat İnstitutu (International Food Policy Research Institute), Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (International Center for Agricultural Research in the Dry Areas), Beynəlxalq Su İdarəetmə İnstitutu (International Water Management Institute), Çin Kənd Təsərrüfatı Elmləri Akademiyası (Chinese Academy of Agricultural Sciences) və digər nüfuzlu beynəlxalq və yerli elmi tədqiqat müəssisələrinin rəhbərləri və nümayəndələri ilə görüşüb. Bu görüşlərdə akademik heyətin təcrübə mübadiləsi, elmi nailiyyətlərin bölüşülməsi, birgə elmi layihələrin icrası və s. məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Qurum rəhbəri tədbir çərçivəsində təşkil olunan panel müzakirələrə qatılıb, sərgilərin işi ilə tanış olub.
Qeyd edək ki, “CGIAR Science Week” tədbirinin təşkilatçısı Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhət Qrupudur (CGIAR - Consultative Group for International Agricultural Research). Bu Qrup beynəlxalq səviyyədə yüksək nüfuza malik 15 mötəbər tədqiqat mərkəzini birləşdirir. CGIAR-ın qlobal şəbəkəsi inkişaf məsələlərini araşdıran bilik, bacarıq və tədqiqatın vəhdətinə misilsiz töhfələr verir. Qrupun 90-a yaxın ölkədə milli hökumətlərdən, akademik institutlardan, qlobal siyasət qurumlarından, özəl şirkətlərdən və QHT-lərdən ibarət 3000-dən çox tərəfdaşı var. 50 illik təcrübəsi olan CGIAR fəaliyyətini biliklərin zənginləşdirilməsi, innovasiyalar və dünya səviyyəli tədqiqatlar üzərində qurur.
Nazir Məcnun Məmmədov və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn görüş keçirilib
25 Aprel 2025
Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
24 Aprel 2025
Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir
23 Aprel 2025
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2025
Nazir Məcnun Məmmədov Türkiyədə keçirilən “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib
22 Aprel 2025