Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ege Universitetinin rektoru Necdet Budakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Univerisiteti arasında ikili diplom proqramının fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafına və bu sahədə yüksək texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Bütün dünyada olduğu kimi Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Görüşdə yüksəkixtisaslı mütəxəssislər hazırlayan, ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilən Ege Universiteti ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub.
Ege Universitetinin rektoru Necdet Budak öz növbəsində ali təhsil müəssisəsinin maddi-texniki bazası, əmək bazarı üçün mütəxəssislərin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılması, universitetdə aparılan elmi-tədqiqatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Tərəflər ikili diplom proqramı əsasında kadr hazırlığı məsələsini ətraflı müzakirə edib, təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın aqrar sektorun inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını vurğulayıblar. Görüşdə ikili diplom proqramın uğurla həyata keçirildiyi diqqətə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Şabran rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
15 Oktyabr 2024
Aqrar Sığorta Fondu fermerlərə müraciət edib
14 Oktyabr 2024
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
14 Oktyabr 2024
Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib
11 Oktyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib
11 Oktyabr 2024