“Aqroservis” ASC tərəfindən cari ildə taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlərə başlanılır. Təlimlər Səhmdar Cəmiyyətin Yevlax Regional nümayəndəliyindəki təlim mərkəzində və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Müasir kombaynlarının idarə olunması ilə bağlı təşkil olunan təlimlər may ayına kimi davam edəcək. Təlimlərə ümumilikdə 160 mexanizator cəlb ediləcək.
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirmək, mexanizatorların kombaynların düzgün idarə edilməsi, texnikalara düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi istiqamətində bilik və bacarıqlarını artırmaqdır.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.
Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xocavənddə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
13 Mart 2026
Fermerlərə “İntensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları” mövzusunda təlim keçirilib
13 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb
13 Mart 2026
Nazir Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib
12 Mart 2026