Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov aprelin 16-da Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Cəlilabad, Tərtər, Ucar, Goranboy və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən 2026-ci ilin taxıl biçini mövsümündə kombaynla təmin edilmə, biçin zamanı növbəliliyin təşkili, subsidiyanın verilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüş zamanı Mehman Veysəlov dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə istehsalçıların rifahının yüksəldilməsinə və ölkədə kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Mehman Veysəlov rayonun Köbər kəndində yerləşən Kobar Gardens MMC-yə məxsus intesiv gilas, nektarin, ərik, heyva və xurma bağlarına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə əkin sahələrində və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri və digər mövzularda fikir mübadiləsi aparılıb.
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb
24 Noyabr 2026
Bərdədə aqrar sahə üzrə Dövlət Proqramının icra vəziyyəti müzakirə edilib
24 Noyabr 2026
Zərdabda Dövlət Proqramının icrası və aqrar sahədə investisiya layihələri müzakirə olunub
23 Noyabr 2026
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
23 Noyabr 2026
Biləsuvarda VI Hind Quşu-Mətbəx və Aqrar Biznes Festivalı keçirilib
23 Noyabr 2026