Ağstafada “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayon üzrə kənd təsərrüfatının mövcud vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib. Bildirib ki, Dövlət Proqramında müəyyənləşdirilən hədəflər rayonun aqrar sahədə mövcud potensialının daha səmərəli istifadə edilməsinə, yeni layihələrin həyata keçirilməsinə, mövcud təsərrüfatların genişləndirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə mühüm imkanlar yaradır.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Bildirib ki, Proqram çərçivəsində kənd təsərrüfatı texnikası və avadanlıqlarının alınmasına güzəştlər, kredit faizlərinin subsidiyalaşdırılması, məhsul subsidiyaları və aqrar sığorta mexanizmləri vasitəsilə fermer və sahibkarlara dövlət dəstəyi göstəriləcək.
Nazir müavini taxılçılıq, kartofçuluq, meyvəçilik və heyvandarlıq sahələrində mövcud imkanları vurğulayaraq, intensiv istehsalın genişləndirilməsinin, müasir texnologiyaların tətbiqinin və emal infrastrukturunun inkişafının əhəmiyyətini diqqətə çatdırıb. O, sahibkarları Dövlət Proqramının yaratdığı imkanlardan fəal yararlanmağa, investisiya layihələrini əvvəlcədən planlaşdırmağa və aqrar sığorta mexanizmlərindən istifadə etməyə çağırıb.
Müşavirədə Dövlət Proqramının əsas müddəaları, aqrar sahənin inkişafı üzrə prioritetlər və regionlarda kənd təsərrüfatı istehsalının genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin sahibkarların investisiya fəallığının artırılması, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə və rayonun aqrar potensialının reallaşdırılması məsələlərinə toxunulub.
Sonda rayonun aqrar sahəsində mövcud vəziyyət, fermer və sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib, sualları cavablandırılıb.
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
16 Oktyabr 2026
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
16 Oktyabr 2026
ADA Universitetində Ümumdünya Ərzaq Günününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi “Fermerin Rəqəmsal Dostu” layihəsinə start verir
16 Oktyabr 2026
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
15 Oktyabr 2026